Ötən il Azərbaycanda şoran torpaqların sahəsi 4 min hektardan çox azalıb

Ötən il Azərbaycanda şoran torpaqların sahəsi 4 min hektardan çox azalıb “2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı 9 sərəncam və 1 fərmanla Azərbaycanda meliorasiya işlərinin görülməsində 71,5 milyon manatdan çox əlavə vəsait ayrılıb, 100 minlərlə hektar əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün yüzlərlə subartezian quyusu qazılıb”.
İnfrastruktur
19 Fevral , 2020 09:56
Ötən il Azərbaycanda şoran torpaqların sahəsi 4 min hektardan çox azalıb
google.az

“2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı 9 sərəncam və 1 fərmanla Azərbaycanda meliorasiya işlərinin görülməsində 71,5 milyon manatdan çox əlavə vəsait ayrılıb, 100 minlərlə hektar əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün yüzlərlə subartezian quyusu qazılıb”.

“Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

“2019-cu ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində böyük həcmdə lildən təmizləmə işləri aparılıb, 5 min 676 subartezian quyusu, 315 nasos stansiyası təmir edilib. Həyata keçirilmiş təmir-istismar və tikinti işləri nəticəsində suvarılan torpaqlarda qrunt sularının səviyyəsi aşağı düşüb, 2018-ci illə müqayisədə şoran torpaq sahələri 4 325 hektar azalıb.

Xəzər və Pirallahı rayonları ərazisində yeni salınan zeytun və badam bağlarını, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Zərdab, Masallı, Şəki və Şəmkirdə min hektarlarla əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün ciddi işlər görülüb, respublika üzrə 1,4 milyon hektardan çox sahənin orta hesabla 3 dəfədən çox suvarılması kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin xeyli artmasına kömək edib”, - məqalədə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi