Yuxarı
    Bağlamaq

    ​SOCAR Tbilisidə tarixi binanı bərpa etdirir

    Bina SOCAR-Georgia şirkətinin qonaq evi kimi istifadə olunacaq

    Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinin həyata keçirdiyi layihələrin ümumi strategiyasına ətraf mühit, ekologiya, şəhərin memarlıq görüntüsünə ziyan vurulmaması, mədəniyyət abidələrinə tam ehtiyatla yanaşılması prinspiləri daxildir.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, bu prinsiplərə sadiq qalaraq şirkət Tbilisidəki nümayəndəliyinin ərazisində olan tarixi binanın bərpasına qərar verib.

    Qeyd edək ki, 1900-1905-ci illərdə memar Aleksandr Şimkeviç tərəfindən ucaldılmış bina əvvəlcə yerləşdiyi küçənin səviyyəsinə qaldırılacaq, sonra isə yenidən qurulacaq. Binanın qaldırılması işi iki il əvvəl Bakıda tarixi binanın yerinin dəyişdirilməsi kimi unikal layihəni həyata keçirmiş Hollandiyanın "Bresser" şirkətinə həvalə olunub. Tbilisidə tarixi binanın qaldırılması texniki mənada Cənubi Qafqazda və qonşu regionlarda ilk belə unikal layihə olacaq. Bina 3,4 metr hündürlüyə qaldırılacaq, fundamenti möhkəmləndirildikdən sonra bərpa edilərək "SOCAR-Georgia"nın qonaq evi kimi istifadə olunacaq. Bu layihə Tbilisi meriyası, Gürcüstanın Mədəniyyət Nazirliyi, Mədəni İrsin qorunması üzrə Milli Agentlik tərəfindən dəstəklənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi