"Singapore Airlines" Azərbaycanda satış üzrə baş agentini təyin edib

"Singapore Airlines" Azərbaycanda satış üzrə baş agentini təyin edib AVİAREPS "Singapore Airlines" şirkətinin Azərbaycanda satış şəbəkəsini genişləndirməsinə dəstək verəcək
İnfrastruktur
30 Mart , 2017 12:30
Singapore Airlines Azərbaycanda satış üzrə baş agentini təyin edib

Bakı. 30 mart. REPORT.AZ/ "Singapore Airlines" aviaşirkəti AVİAREPS şirkətini Azərbaycan və Gürcüstan bazarları üçün yeganə satış üzrə baş agent təyin edib.

Şirkətdən "Report"a verilən məlumata görə, AVİAREPS Bakıda yeni açılmış ofisindən satış, marketinq və bilet rezervasiyası fəaliyyəti göstərməklə "Singapore Airlines" aviaşirkətinin Azərbaycanda və Gürcüstanda satış şəbəkəsini genişləndirməsinə dəstək verəcək.

"Azərbaycan dinamik inkişaf edən ölkə olaraq, uzun müddətdir beynəlxalq müştərilərin nəzərindədir. Azərbaycanın və Gürcüstanın işgüzar bazarının iştirakçısı olmaq bizi çox fərəhləndirir", - deyə AVİAREPS şirkətinin icraçı direktoru Edqar Laker bildirib.

Son xəbərlər

Orphus sistemi