Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Hindistanda görüş keçiriləcək

Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Hindistanda görüş keçiriləcək Tədbir beynəlxalq dəhlizin iş adamları arasında təbliğinin genişləndirilməsi ilə əlaqədar keçirilir
İnfrastruktur
14 Dekabr , 2015 17:58
Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Hindistanda görüş keçiriləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Dekabrın 22-də Hindistanın Mumbay şəhərində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı interaktiv görüş təşkil ediləcək. Görüşə Azərbaycandan da nümayəndələr qatılacaq. Bu barədə "Report"a Nəqliyyat Nazirliyindən məlumat verilib. 

Məlumata görə, görüş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iş adamları arasında təbliğinin genişləndirilməsi məqsədilə həyata keçiriləcək. 

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadə, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar dövlət başçısı İlham Əliyev də sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi