Yuxarı

Səttar Bəhlulzadə küçəsində təmir başa çatıb

Küçəyə yeni asfalt-beton örtüyü döşənib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsinin Ağa Sadıq Gəraybəyli və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin ümumi uzunluğu 700 metr, ortalama eni isə 9 metrdir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, təmir-tikinti işləri zamanı həmin ərazinin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə burda ikiqat olmaqla təqribən 6 500 kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Xatırladaq ki, bundan öncə Səttar Bəhlulzadə küçəsinin Atatürk prospekti və Ağa Sadıq Gəraybəyli küçələri arasında yerləşən hissənində təmir-tikinti işləri aparılıb. Bu ərazinin uzunluğu isə 350 metr, ortalama eni 18 metrdir. Sözügedən ərazidə 500 paqonmetr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6 000 kv. metr əraziyə yeni ikiqat asfalt-beton örtüyü döşənib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi