Yuxarı

Sentyabrda Çindən Azərbaycan üzərindən iki yük qatarı yola salınacaq

Bu, DHL şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin sentyabr ayında Çindən iki qatarla Azərbaycan üzərindən Poti limanına yükdaşımanın həyata keçirilməsi planlaşdırılır. Qatarlar Çin-Qazaxıstan sərhədindəki  "Dostık" stansiyasından Aktau limanına, daha sonra Gürcüstanın Poti limanına kimi yükdaşıma həyata keçirəcək. Qatarlar DHL şirkəti ilə əməkdaşlıq çərçivəsində hərəkət edəcək. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

"Gürcüstanın Poti limanında isə yüklər artıq istiqamətlərini müstəqil şəkildə dəyişəcək. Belə ki, onların bir qismi Baltikyanı ölkələrə göndərildiyi üçün "Viking train" marşrutu üzrə hərəkəti davam etdirəcəklər", - deyə C.Qurbanov əlavə edib.

Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını nəzərdə tutur. Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərq istiqamətində (Orta Asiya və Çin), həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Bu layihə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin əhəmiyyətini artıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi