Səngəçal-Umbakı avtomobil yolundakı iki qəzalı körpü bərpa edilib

Səngəçal-Umbakı avtomobil yolundakı iki qəzalı körpü bərpa edilib Hər iki körpü genişləndirilib
İnfrastruktur
15 Sentyabr , 2016 18:04
Səngəçal-Umbakı avtomobil yolundakı iki qəzalı körpü bərpa edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/  Qaradağ rayonu Səngəçal-Umbakı avtomobil yolunun 13-cü və 24-cü kilometrliklərində yerləşən iki avtomobil körpüsü bərpa edilib. “Azəravtoyol” ASC-dən "Report"a veriən məlumata görə, körpülər istismar müddətini başa vurduğundan, həmçinin ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətdə idilər.

Bərpa işləri zamanı sözügedən avtomobil yolunun 13-cü km-də yerləşən 4 aşırımlı körpünün uzunluğu 37,5 metrdən 47 metrə, eni isə 7,5 metrdən 8,5 metrə qədər genişləndirilib.

Digər 3 aşırımlı körpünün isə bərpadan öncəki uzunluğu 23,5 metr, eni 7,5 metr olub. Bərpadan sonra körpünun uzunluğu 39 metr, eni isə 8,5 metrə qədər genişləndirlib.

Təmir işləri zamanı körpülər demək olar sökülərək yenidən bərpa olunub. Dayaqlar və hərəkət hissəsi dəmir-beton, aşırım hissəsi isə metal konstruksiyalardan yenidən inşa edilib, körpülərin hərəkət hissəsinə asfalt-beton örtük döşənib. Hər iki körpünün kənarlarına yeni dəmir məhəccərlər quraşdırılıb.

Qeyd edək ki, Səngəçal-Umbakı avtomobil yolunun üzərində yerləşən hər iki körpü 1960-cı ildə inşa edilib.

Son xəbərlər

Orphus sistemi