Yuxarı
    Bağlamaq

    Şəkidə Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi bitib - VİDEO

    Avtomobil yolunun 2,1 km-lik hissəsi IV texniki dərəcəyə uyğun yenidən qurulub© Azeravtoyol.gov.az

    Bakı. 26 may. REPORT.AZ/ Şəkidə 18,2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

    "Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, layihə çərçivəsində avtomobil yolunun 2,1 km-lik hissəsi IV texniki dərəcəyə uyğun yenidən qurulub. Bu hissədə yol əsasının eni 6 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2 m olmaqla, yol yatağının eni 10 m təşkil edir.

    Yolun 4 km-lik hissəsi 5-ci texniki dərəcəyə uyğun olaraq salınıb. Burda yol əsasının eni 4,5 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 1,75 m olmaqla, yol yatağının eni 8 m təşkil edir. Qeyd olunan hər iki hissədə artıq yol yatağının və yol əsasının inşası, 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri tam olaraq bitib.

    Avtomobil yolunun qalan 12,1 km-lik hissəsi isə 3-cü texniki dərəcəyə uyğun inşa olunur. Bu hissədə yol əsasının eni 7 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2,5 m olmaqla, yol yatağının eni 12 m-dir. Sözügedən ərazinin 5 km-lik hissəsində tikinti işləri artıq bitib. Hazırda işlər qalan 6 km-lik hissədə aparılır, yol asfaltlanır. Ümumilikdə avtomobil yoluna 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihə üzrə yol boyu asfaltlanacaq ərazi 110 min kv. m təşkil edir.

    Yenidənqurma işləri zamanı avtomobil yolunda 12 yerdə ümumi uzunluğu 144 m olan müxtəlif diametrli dəmir və metal suötürücü borular tikilib, 384 m uzunluğunda isə arx çəkilib və yağış sularının kənarlaşdırılması üçün ehtiyyat borular qoyulub.

    Tikinti işləri tamamilə yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərə 78 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 12 km uzunluğunda isə yolcizgi və yol göstərici xətlər çəkiləcək.

    Qeyd edək ki, 18 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə payız- qış aylarında yaranan problemləri aradan qaldırmaqla vətəndaşların gediş- gəlişini rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, ən əsası isə yeni yol kənd təsərrüfatının inkişafına və yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi