Yuxarı

Şəkinin 3 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEOREPORTAJ

Yolda 3 ədəd düzbucaqlı dəmir-beton suötürücüsünün inşa edilməsi də nəzərdə tutulub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Şəki rayonundakı Aşağı Göynük - Baş Göynük-Baş Şabalıd avtomobil yolu yenidən qurulur. 

Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumata görə, avtomobil yolunun uzunluğu 17.2 km-dir. Yol torpaq və çınqıl örtüklü olduğu üçün bütün fəsillərdə, xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanıb. Hazırda bu problemin aradan qaldırlması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla işlər aparılır.

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 11,1 km-i 3-cü, 2,1 km-i 4-cü və 4 km-i isə 5-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun III texniki dərəcəyə aid olan 11,1 km-nin gediş-gəliş hissəsi 7 m, çiyinlər bərkidici zolaq da daxil olmaqla hər bir istiqamət üzrə 2,5 m, IV dərəcəli 2,1 km-nin gediş-gəliş hissəsinin eni 6 m , çiyinləri 2 m, V dərəcəyə aid 4 km-nin gediş-gəliş hissəsinin eni 4,5 m, çiyinləri isə 1,75 m təşkil edir. Müvafiq olaraq yol yatağının eni 12, 10 və 8 metrdir.

Artıq yolun 10,5 km hissəsinə asfalt-beton örtük döşənib, su ötürücü dəmir-beton və metal borular quraşdırılıb və 140 paqon-metr uzunluğunda beton su arxı salınıb. Hazırda yolun 6,7 km hissəsində tikinti işləri davam etdirilir.

Yol boyu 4 yerdə diametri 1 və 1,25 m olan 12 metrlik dəmir-beton borulardan istifadə edilərək quraşdırılıb. Ümumi uzunluğu 96 metr, diametri isə 0,50 metr olan metal borular isə yolda əsasən kommunikasiya xətlərini keçirmək və kiçik su axarlarını buraxmaq üçün qoyulub. Onların ümumi uzunluğu 384 m-dir.

Layihə çərçivəsində yolun 11,1 km-də hər aşırımın uzunluğu 48 m olan 3 aşırımlı körpü inşa edilib. Körpünün uzunluğu 169 m, eni 4,5 m, gediş-gəliş hissəsinin eni 3,5 m-dir. Körpünün kənar və orta dayaqları asfalt-betonla bərkidilib, aşırımlar isə metal konstruksiyadan ibarətdir.

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 14,5 km hissəsində 3 ədəd düzbucaqlı dəmir-beton suötürücüsünün inşa edilməsi də nəzərdə tutulub.

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi 18 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi