Yuxarı
    Bağlamaq

    Səfirlik: Avropanın yük axını Azərbaycan və Qazaxıstan vasitəsilə bir neçə dəfə artacaq

    Qazaxıstan və Azərbaycan Avropa və Asiya arasında yükdaşımaların tranzit habına çevriləcək© Report/ Firi Salim

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Qazaxıstan və Azərbaycan tranzit-nəqliyyat potensiallarının inkişafına və modernizasiyasına böyük əhəmiyyət verir.

    "Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bu gün keçirilən brifinqdə bildirib.

    Məlumata görə, bu ilin ötən 9 ayında Qazaxıstan və Azərbaycan arasında dəmiryol yükdaşımalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 146% artaraq təqribən 1,5 milyon ton təşkil edib.

    Azərbaycan ərazisi ilə ixracın həcmi neft məhsullarının hesabına 744,9 min ton və ya 269% artım göstərib. Azərbaycandan və ölkə vasitəsilə Qazaxstana idxal 106,7 min ton və ya 58% artıb. Qazaxıstan ərazisindən tranzit daşımalar 5,4 min ton və ya 25% çoxalıb.

    "Hesablamalara görə, Şərq-Qərb istiqamətində yükdaşımalar 2020-ci ilə qədər 5 dəfə artacaq və Çindən 1,3 milyon konteyner Qərbə göndəriləcək. Onlardan 300 min konteyner Qafqaz marşrutu ilə nəql olunacaq. Azərbaycan və Qazaxıstan vasitəsilə Mərkəzi Asiya ölkələri və Çinə Avropa yükdaşımaları, həmçinin Çin mallarının Qazaxıstan və Azərbaycan vasitəsilə Avropaya axını bir neçə dəfə artacaq. Beləliklə, Qazaxıstan ilə Azərbaycan Avropa və Asiya arasında yükdaşımaların "tranzit hab"ına çevriləcək" - Qazaxıstanın səfiri vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi