Şəfayət Mehdiyev küçəsində hərəkət məhdudlaşdırılacaq

Şəfayət Mehdiyev küçəsində hərəkət məhdudlaşdırılacaq Küçədə piyada keçidləri yenidən rənglənəcək
İnfrastruktur
19 Aprel , 2017 10:35
Şəfayət Mehdiyev küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır. 

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edirik", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi