Yuxarı

Bakıda daha bir yol bağlanıb

Təmir işlərinin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır

Bakı. 25 may. REPORT.AZ/ Təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakının Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hətəkəti tam məhdudlaşdırılıb. 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yolda yeni asfalt-beton örtüyünün çəkilişi işləri həyata keçirilir. Ümumilikdə 30 min kv. metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək.

Artıq yol boyu 3 min paqon metr səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Qeyd edək ki, yolun ümumi uzunluğu 1 700 metr, eni isə 18 metrdir.

Təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi