Salahlı-Soyuq Bulaq dəmir yolunun təmirinə başlanılıb

Salahlı-Soyuq Bulaq dəmir yolunun təmirinə başlanılıb Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
23 Noyabr , 2015 09:57
Salahlı-Soyuq Bulaq dəmir yolunun təmirinə başlanılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmir işləri çərçivəsində Salahlı-Soyuq Bulaq mənzilində 7,8 km yolun təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək. Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Əsaslı təmir işlərinin 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Xəqani Kazımovun verdiyi məlumatda isə bildirilir ki, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb.

Xatırladaq ki, aprelin 14-də “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi