"Sahil" və "İçərişəhər" metro stansiyalarında hərəkət bərpa edilib - YENİLƏNİB

"Sahil" və "İçərişəhər" metro stansiyalarında hərəkət bərpa edilib - YENİLƏNİB “Həzi Aslanov” - “İçərişəhər” xətti 1 saat 20 dəqiqə bağlı qalıb
İnfrastruktur
11 Avqust , 2015 19:40
Sahil və İçərişəhər metro stansiyalarında hərəkət bərpa edilib - YENİLƏNİB

Bakı. 11 avqust. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin “Sahil” və “İçərişəhər” stansiyalarında hərəkət bərpa edilib. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Məlumatda qeyd olunub ki, "Sahil" metro stansiyasının tunelində axma sularında artım səbəbindən “Həzi Aslanov” - “İçərişəhər” xətti 1 saat 20 dəqiqə bağlı qalıb.  

*** 17:49

"Bakı Metropoliteni" QSC-nin “Sahil” və “İçərişəhər” stansiyaları bağlanıb.

Metropolitendən “Report”a verilən məlumata görə, “Həzi Aslanov” - “İçərişəhər” xəttində yerləşən “Sahil” stansiyasının tunelində axma sularında artım müşahidə olunub:

"Hər hansı təhlükə yaşanmaması üçün təmas reyslərindən gərginlik ayrılıb. Yaranan vəziyyəti aradan qaldırmaq üçün “Həzi Aslanov” - “İçərişəhər” istiqamətində hərəkət edən qatarlar “Nizami” stansiyasına keçirilib və oradan geri qaytarılır".

"Bakı Metropoliteni"ndən qısa müddətdə hərəkətin bərpa olunacağı bildirilir. 

Son xəbərlər

Orphus sistemi