Yuxarı

​Sabirabadda ötən əsrə aid körpü təmir edilib - FOTO

Avtomobil körpüsünün uzunluğu 267 metrdir

Bakı. 1 mart. REPORT.AZ/ Sabirabad-Surra-Padar avtomobil yolunun 1-ci kilometrliyində yerləşən avtomobil körpüsü “Azəryolservis” ASC tərəfindən təmir edilib.

 "Report"un məlumatına görə, ötən əsrin 80-ci illərində inşa edilmiş avtomobil körpüsünün uzunluğu 267 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də daxil olmaqla, ümumi eni isə 8 metrdir.

Avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılan təmir işləri zamanı yolun hərəkət hissəsinin və piyada səkilərinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə, ərazinin təqribən 2 700 kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, körpünün dəmir mühəccərləri də zəruri olan yerlərdə bərkidilib və rənglənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi