Yuxarı

Sabah Yasamal rayonunda su problemi olacaq

Məhdudiyyətə səbəb sözügedən ərazidə yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsidir

Bakı. 29 avqust. REPORT.AZ/ Sabah Bakı şəhərinin Yasamal rayonunda içməli su problemi olacaq.

Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata əsasən, Yasamal rayonu ərazisində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi