Yuxarı

Sabah Qaradağda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Buna səbəb çoxmərtəbəli yaşayış binalarının içməli su təchizatı sistemlərinin yenidən qurulmasıdır

Bakı. 5 avqust. REPORT.AZ/ Qaradağ rayonu Lökbatan qəsəbəsində içməli suyun verilməsində problem olacaq.

Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, sözügedən qəsəbədə çoxmərtəbəli yaşayış binalarının içməli su təchizatı sistemlərinin yenidən qurulması ilə əlaqədar sabah gün ərzində Lökbatan qəsəbəsi İ.Nəbiyev, B.Niftəliyev, Ş.Xəlilov, A,Şəbiyev, A.Qurbanov, 28 may küçələrinə, 1594,1595,1596-cı keçid və 6,7,8-ci massivlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi