Sabah jurnalistlərin binasının sakinlərinə "kupçalar" paylanacaq

Sabah jurnalistlərin binasının sakinlərinə "kupçalar" paylanacaq Binada 100-dən çox jurnalistə “Kütləvi çıxarış” təqdim ediləcək
İnfrastruktur
23 Dekabr , 2015 15:36
Sabah jurnalistlərin binasının sakinlərinə kupçalar paylanacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakıda jurnalistlər üçün inşa edilən yaşayış binasında mənzil sahibi olan 100-dən çox sakinə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində dekabrın 24-də binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim ediləcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a bildirilib ki, tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, yaşayış binası dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncama əsasən tikilərək istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi