Sabah "Bakmil" stansiyasında tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılır

Sabah "Bakmil" stansiyasında tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılır Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakmil stansiyasına giriş-çıxışa təmir işləri ilə əlaqədar günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyət oktyabrın 30-dan müvəqqəti tətbiq edilməyəcək.
İnfrastruktur
29 Oktyabr , 2018 18:14
Sabah Bakmil stansiyasında tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılır

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Bakmil" stansiyasına giriş-çıxışa təmir işləri ilə əlaqədar günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyət oktyabrın 30-dan müvəqqəti tətbiq edilməyəcək.

"Bakı Metropoliteni" QSC-dən "Report"a verilən məlumata görə, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək.

Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.

Məhdudiyyət bərpa olunarkən ictimaiyyətə əvvəlcədən geniş məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi