​Sabah Bakının Nizami rayonunda içməli su problemi olacaq

​Sabah Bakının Nizami rayonunda içməli su problemi olacaq Məhdudiyyət yeni çəkilən magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə bağlıdır
İnfrastruktur
30 İyun , 2016 17:34
​Sabah Bakının Nizami rayonunda içməli su problemi olacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Bakı şəhər Nizami rayonunun bir hissəsində içməli su problemi olacaq.

“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilən magistral su xətləri mövcud sistemlərə birləşdirilir. Bununla əlaqədar olaraq iyulun 1-də gün ərzində rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Yaranacaq narahatlığa görə “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi