Yuxarı

Sabah Bakının bir sıra qəsəbələrində su təchizatında problem olacaq

Qəsəbələri su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq

Bakı. 23 may. REPORT.AZ/ Goradil qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq və Ceyranbatan-Maştağa magistral xəttindən nasosxanaya yeni birləşmə veriləcək.

Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, bununla əlaqədar Ceyranbatan-Maştağa magistral xətlərinin biri ilə içməli suyun verilməsi dayandırılacaq.

Yenidənqurma işləri ilə əlaqədar “Azərsu” abunəçilərə bildirir ki, mayın 24-də saat 00:00-dan etibarən gün ərzində Novxanı, Fatmayı, Goradil qəsəbələrinə, bağ massivlərinə, Mehdiabad, Pirşağı, Kürdəxanı, Sabunçu və Suraxanı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi