Yuxarı

​Sabah Bakının bəzi ərazilərində içməli su problemi olacaq

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar su xətlərində yenilənmə işləri aparılacaq

Bakı. 12 may. REPORT.AZ/ “Azərsu” ASC yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar olaraq Bakı şəhərinin Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətlərində yenilənmə işləri aparır.

“Azərsu”nun mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, bununla əlaqədar mayın 13-də saat 08:00-dan etibarən gün ərzində sözügedən küçələrə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Eyni zamanda, Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sabah saat 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" bununla əlaqədar yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi