Sabah Badamdar qəsəbəsində günün birinci yarısı içməli su olmayacaq

Sabah Badamdar qəsəbəsində günün birinci yarısı içməli su olmayacaq Fasiləyə səbəb nasosxananı ildırım vurmasıdır
İnfrastruktur
13 İyun , 2017 20:46
Sabah Badamdar qəsəbəsində günün birinci yarısı içməli su olmayacaq

Bakı. 13 iyun. REPORT.AZ/ "Sabah Badamdar qəsəbəsində günün birinci yarısı içməli su olmayacaq". 

Bu barədə "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. 

Onun sözlərinə görə, fasiləyə səbəb nasosxananı ildırım vurmasıdır: "Badamdar qəsəbəsində içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurduğundan qəsəbənin içməli su təchizatında iyunun 14-də saat 15:00-dək fasilə olacaq. Hazırda mütəxəssislərimiz hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün çalışırlar".

Son xəbərlər

Orphus sistemi