Yuxarı

​Sabah Azadlıq prospektində içməli su problemi olacaq

Prospektdə yeni çəkilən su xətləri mövcud şəbəkəyə birləşdirilir

Bakı. 18 may. REPORT.AZ/ Sabah saat 09:00-dan etibarən gün ərzində Bakı şəhərinin Azadlıq prospekti, 161a-191 və Cəfər Xəndan küçəsi, 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən xəbərə görə, sözügedən küçələrdə yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar yeni çəkilən su xətləri mövcud şəbəkəyə birləşdirilir.

“Azərsu” yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi