Yuxarı
    Bağlamaq

    Azərbaycandan Rusiyanın Soçi şəhərinə birbaşa aviareys açıla bilər

    Hazırda bu istiqamətdə danışıqlar gedir

    Bakı. 8 fevral. REPORT.AZ/ Yaxın vaxtlarda Azərbaycan ilə Rusiyanın kurort şəhəri Soçi arasında birbaşa təyyarə reysləri istifadəyə verilə bilər.

    “Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın cənubundakı hava limanlarının operatoru “Basel Aero”dan məlumat verilib.

    Məlumata görə, hazırda Azərbaycan, Qazaxıstan və Gürcüstan aviaşirkətləri ilə 2016-cı ilin yay cədvəlində reyslərin açılması barədə danışıqlar gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi