Yuxarı

Rusiyanın dörd aviaşirkətinə Azərbaycana uçuş həyata keçirməyə icazə verildi

Azərbaycana reysləri Yamal, Taymır, Komiaviatrans və Ural Hava Yolları edəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycana uçuş həyata keçirmək üçün Rusiyanın dörd aviaşirkətinə icazə verilib. "Report" "Qafqaz düyünü"nə istinadən xəbər verir ki, "Yamal", "Taymır", "Komiaviatrans" və "Ural Hava Yolları" 14 marşrut üzrə Azərbaycana reyslər təşkil edəcək.

"Yamal" aviaşirkəti indi 10 marşrut üzrə uçuşlar həyata keçirmək hüququna malikdir. Bura Kazan-Bakı, Moskva-Lənkəran, Ufa-Bakı, Perm-Bakı, Çelyabinsk-Bakı, Soçi-Bakı, Krasnoyarsk-Gəncə, Samara-Bakı, Nijnı Novqorod-Bakı, Sankt-Peterburq-Lənkəran reysləri daxildir. Bu barədə məlumat oktyabrın 20-də daşıyıcıların beynəlxalq daşınmalar həyata keçirməsi üzrə idarələrarası komissiyanın protokolunda göstərilib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin saytında yerləşdirilən sənəddə göstərildiyi kimi, Moskva-Zaqatala, Moskva-Qəbələ və Moskva-Lənkəran marşrutları üzrə uçuşları "Taymır" aviaşirkəti həyata keçirəcək. Reyslər həftədə üç dəfə, "Boeing 737" təyyarələri vasitəsilə həyata keçiriləcək.

"Komiaviatrans" şirkəti Kaluqa-Bakı, Nijni Novqorod-Bakı, Samara-Bakı marşrutları üzrə reyslər təşkil etməyə icazə alıb. Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək. Aviaşirkət "Embraer ERJ 145" təyyarələrindən istifadə edir.

"Ural Hava Yolları" isə Kazan-Bakı reysi üzrə həftədə beş dəfə uçuş həyata keçirməyə icazə alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi