Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib Uçuşlar Sankt-Peterburq, Mineralnie Vodı, İrkutsk və Novosibirskdən təşkil olunacaq
İnfrastruktur
21 Noyabr , 2016 22:14
Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviatsiya”) “Nordavia” aviaşirkətinə bir sıra beynəlxalq istiqamətlər üzrə uçuşlar təşkil etmək icazəsi verib.

“Report” “Rosaviatsiya”ya istinadən xəbər verir ki, “Nordavia” Kipr, Slovakiya, Xorvatiya, Monteneqro və Belarusla yanaşı Azərbaycana (Lənkəran) da uçuşlar təşkil edəcək.

Sank-Peterburq-Lənkəran aviareysi həftədə üç dəfə həyata keçiriləcək.

Rusiya regionlarından Azərbaycana, həmçinin “Nordwind” (Mineralnıe Vodı - Bakı, həftədə 4 dəfə), “Nordstar” (Novosibirsk - Bakı, həftədə 1 dəfə), "Uralskie avialinii" şirkətlərinə də (İrkutsk - Bakı, həftədə 5 dəfə) uçuşlar təşkil etmək icazəsi verilib.

Bundan əlavə, “Yuteyr” aviaşirkəti Samaradan Bakıya və Sankt-Peterburqdan Lənkərana olan uçuş icazəsindən imtina edib.

Son xəbərlər

Orphus sistemi