Rusiyada Mineralnıe Vodı-Bakı sürətli dəmir yolu əlaqəsinin yaradılması müzakirə olunub

Rusiyada Mineralnıe Vodı-Bakı sürətli dəmir yolu əlaqəsinin yaradılması müzakirə olunub Layihənin əsas məqsədi turistlərin yola sərf etdiyi vaxtı qısaltmaqdır
İnfrastruktur
11 Noyabr , 2017 07:58
Rusiyada Mineralnıe Vodı-Bakı sürətli dəmir yolu əlaqəsinin yaradılması müzakirə olunub

Bakı. 11 noyabr. REPORT.AZ/ Yessuntukidə Rusiyanın Şimali Qafqaz İşləri üzrə Nazirliyi yanında İctimai Şuranın üzvləri yeni yüksəksürətli dəmiryolu əlaqəsinin yaradılmasını müzakirə ediblər. Qatar Mineralnıe Vodı - Bakı marşrutu üzrə hərəkət edəcək.

“Report” xəbər verir ki, Strateji Təşəbbüslər Agentliyinin baş direktoru, nazirlik yanında İctimai Şuranın sədri Ənvər Hacıyevin sözlərinə görə, layihənin əsas məqsədi turistlərin yola sərf etdiyi vaxtı qısaltmaqdır.

Sözügedən istiqamətdə avtomobil ilə gediş 10 və daha çox saata yaxın vaxt aparır. Gömrük baxışı isə dəmiryolu nəqliyyatının daxilində aparılacaq. Azərbaycan Respublikası da layihədə maraqlıdır.

Son xəbərlər

Orphus sistemi