Rusiya və Çin yük tranziti üçün yeni layihə reallaşdırır

Rusiya və Çin yük tranziti üçün yeni layihə reallaşdırır Layihə Qazaxıstan, Azərbaycan və Gürcüstan üzərindən daşımalarla müqayisədə daha səmərəli görünür
İnfrastruktur
6 Sentyabr , 2017 11:57
Rusiya və Çin yük tranziti üçün yeni layihə reallaşdırır

Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiyanın Kalininqrad vilayətinin "Dzerjinskaya - Novaya" dəmir yolu yük kompleksi Çindən ilk konteyner qatarının qəbuluna hazırlaşır. 

"Report" Rusiya mətbuiatına istinadən xəbər verir ki, bu layihənin dəyəri 415 mln. rubl (təxminən 12 mln. manat) təşkil edir.

İlkin hesablamalara görə, Kalininqraddan sutkada bir qatar keçə bilər. "Kalininqrad vilayətinin inkişaf korporasiyası" SC-nin baş direktoru Vladimir Zarudnıy bildirib ki, vilayətin coğrafiyasından, ilk növbədə, nəqliyyat və logistika imkanlarından maksimum istifadə etmək böyük səy göstərirlər.

"Kalininqrad terminalından çəkilən Asiyadan Avropaya yeni yük dəhlizi - Çin dəmir yolları ilə birgə işimizin ilk nəticəsidir. Çin dəniz daşımalarına alternativ yolların axtarışına hələ 2 il əvvəl başlayıb. Rusiya ərazisindən tranzit ilkin olaraq bu marşrut üzrə nəzərdən keçirilmirdi. Əvvəlcə yüklərin Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən çatdırılması ehtimal edilirdi. Amma bu variantın mənfi tərəfləri çox idi: modallığın dəfələrlə dəyişdirilməsi və yolboyu beş gömrük rejmindən (Avrasiya İqtisadi Birliyi, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı) keçmək zərurəti. Lakin Rusiyanın təklif etdiyi marşrut daha səmərəli olması ilə fərqlənir",- deyə A. Zarudnıy əlavə edib.

Son xəbərlər

Orphus sistemi