Rusiya prezidenti: İpək yolu boyunca dəmiryolu xəttinin çəkilməsi müzakirə edilir

Rusiya prezidenti: İpək yolu boyunca dəmiryolu xəttinin çəkilməsi müzakirə edilir Vladimir Putin müxtəlif variantların olduğunu açıqlayıb
İnfrastruktur
5 Sentyabr , 2017 14:14
Rusiya prezidenti: İpək yolu boyunca dəmiryolu xəttinin çəkilməsi müzakirə edilir
Washingtontimes/ Marc Bennetts

Bakı. 5 sentyabr. REPORT.AZ/ "İpək yolu kəməri" layihəsi çərçivəsində dəmiryolu magistralı marşrutu hələlik müzakirə edilir. Ən yaxşı variant seçiləcək. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Bizim müvafiq qurumlarımız da, şirkətlərimiz də, Çin və digər ölkələrdən olan tərəfdaşlarımız da sadəcə olaraq bu məsələni müzakirə edirlər",- deyə o, qeyd edib. 

Eyni zamanda dövlət başçısı Çinin Rusiya ərazisindən birbaşa yol çəkmək istəməməsinə dair şayiələri də təkzib edib. V.Putin xatırladıb ki, müxtəlif variantlar, o cümlədən Qazaxıstan, İran və Rusiya ərazisindən keçməklə yolun çəkilməsinə dair təkliflər var: "Həmçinin Rusiya ərazisindən ötməklə Çinə yolun çəkilməsinə dair layihə müzakirə edilir. Qeyd etdiyim layihə reallaşdırılarsa, bu, yüklərin Asiyadan, deyək ki, Çindən Almaniyaya 3-4 günə çatması deməkdir".

Son xəbərlər

Orphus sistemi