Yuxarı

Rusiya Hindistan limanlarını Xəzərlə birləşdirməyi təklif edir

Rusiya bu ideyanı İran vasitəsilə həyata keçirməyi düşünür

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiya Hindistana Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində İran limanları vasitəsilə hind limanlarından Həştərxan limanına logistika marşrutlarını inkişaf etdirməyi təklif edib. "Report"un "TASS" agentlyiinə istinadən verdiyi xəbərə görə, bunu Mumbaidə keçirilən Rusiya-Hindistan forumunda Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib.

"Növbəti səfəriniz çərçivəsində ümid edirəm ki, baş çəkəcəyiniz Rusiya regionlarından biri - Həştərxan olacaq. Bu region Şimal-Cənub nəqliyyat dəhlizində əsas logistika mərkəzi olacaq. Bu hab Rusiyanın sənaye mərkəzlərindən yük axınlarını Xəzər dənizi vasitəsilə İran limanları və digər istiqamətlərə göndərməyə imkan verəcək. Əlbəttə, buraya Hindistanın limanları da cəlb oluna bilərlər", - deyə D.Manturov qeyd edib.

Rusiyalı nazir qeyd edib ki, bunun Rusiya və Hindistan arasında ticarətin həcminin artırılması üçün böyük potensialı var: "Şirkətlərimiz barədə danışsaq, onlar Mumbai və Dehli ilə irimiqyaslı layihələrin irəliləməsinə nail ola bilərr".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi