​Rusiya aviaşirkətinin Azərbaycana uçuşlar təşkil etməsinə icazə verilməyib

​Rusiya aviaşirkətinin Azərbaycana uçuşlar təşkil etməsinə icazə verilməyib "Pobeda" loukosterinə 15 ölkəyə uçuşlar üçün buraxılış verilməsindən imtina olunub
İnfrastruktur
23 Sentyabr , 2015 21:49
​Rusiya aviaşirkətinin Azərbaycana uçuşlar təşkil etməsinə icazə verilməyib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiyanın "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Pobeda" loukosterinə 15 ölkəyə uçuşlar üçün buraxılış verilməsindən imtina olunub.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə informasiya Hava Nəqliyyatı Federal Agentliyinin saytında dərc olunan sənəddə öz əksini tapıb.

Sənədə əsasən, loukosterin Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya, Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstana uçuşlar təşkil etməsinə icazə verilməyib. Sənəddə, həmçinin bildirilir ki, "Pobeda" 17 sentyabr 2015-ci il tarixindən 14 may 2016-ci il tarixinədək buraxılışdan istifadə etmək niyyətində olub.

Son xəbərlər

Orphus sistemi