Qubanın Fətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılıb

Qubanın Fətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılıb Bakı. 8 noyabr. REPORT.AZ/ Azəravtoyol ASC vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Quba şəhərinin Fətəli Xan küçəsində təmir-tikinti işləri apalıb.
İnfrastruktur
8 Noyabr , 2017 14:47
Qubanın Fətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılıb
Azeravtoyol.gov.az

Bakı. 8 noyabr. REPORT.AZ/ "Azəravtoyol" ASC vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Quba şəhərinin Fətəli Xan küçəsində təmir-tikinti işləri apalıb.

"Report" quruma istinadən xəbər verir ki, sözügedən küçənin uzunluğu 1.4 km, ortalama eni isə 10 metrdir. 

Piyada səkilərinin eni isə 2-4 metr arasında dəyişir.

"Aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra küçənin 13 min m2-dən çox hissəsinə yeni asfalt örtüyü döşənib. Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkəti üçün mövcud piyada səkiləri də yenidən qurulub. Səkilərin üstünə bəzək daşları döşənib, kənarlarına isə 2700 paqon-metryeni səki daşları düzülüb. Təmir-tikinti işləri bitəndən sonra küçəyə yolcizgi və yolgöstərici xətlər çəkilib", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi