Yuxarı

Qazaxıstanda "Azərbaycan Dəmir Yolları"nin nümayəndəliyi açılıb

Nümayəndəlik Qazaxıstan Dəmir Yolları SC-nin inzibati binasında fəaliyyət göstərəcək

Bakı. 7 oktyabr.REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndəliyi açılıb.

Bunu "Report" "Qazaxıstan Dəmir Yolları" SC-nin yaydığı məlumata istinadən bildirir.

"Ötən gün Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib. Tədbirdə qurumda təmsil olunan ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin görüşü keçirilib. Azərbaycanı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov təmsil edib. Həmin gün "Qazaxıstan Dəmir Yolları" SC-nin inzibati binasında "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndəliyi də açılıb", - deyə məlumatda qeyd edilib.

Danışıqlarda "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Kanat Alpısbayev "Gürcüstan Dəmir Yolları" ASC-nin baş direktoru Mamuka Baxtadze ilə nəqliyyat və logistika sahəsində əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Xüsusən daşımaların həcminin artırılması, iki ölkənin ərazisindən tranzit yükdaşımaların genişləndirilməsi üçün əlverişli şərtlərin yaradılmasına dair əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzuları sırasında olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi