Qazaxıstan parlamenti Azərbaycanla imzalanmış daha bir sazişi təsdiqləyib

Qazaxıstan parlamenti Azərbaycanla imzalanmış daha bir sazişi təsdiqləyib Bakı. 20 dekabr. REPORT.AZ/ Qazaxıstan parlamenti Azərbaycanla bu ölkə arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişi ratifikasiya edib.
İnfrastruktur
20 Dekabr , 2017 11:48
Qazaxıstan parlamenti Azərbaycanla imzalanmış daha bir sazişi təsdiqləyib
AFP 2017

Bakı. 20 dekabr. REPORT.AZ/ Qazaxıstan parlamenti Azərbaycanla bu ölkə arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişi ratifikasiya edib.

“Report” bu barədə "Kazpravda.kz"-ya istinadən xəbər verir.

İnvesitisiya və inkişaf naziri Jenis Kasımbek bildirib ki, saziş ölkənin tranzit potensialının artmasına və Mərkəzi Asiyada nəhəng logistika mərkəzinin yaradılması məqsədilə yük daşınmasının cəlbinə imkan verəcək: “Bu gün 41 ölkə ilə avtomobil əlaqələri sazişi imzalanıb, hazırda bu istiqamətdə işlər davam etdirilir. 2016-cı ildə Azərbaycanla Qazaxıstan arasında avtomobil yolu ilə yük daşınması 16% artaraq 6,2 mlrd. ton təşkil edib. Bu saziş iki ölkə arasında yük daşınması normalarını müəyyən edir”.

Onun sözlərinə görə, sazişin reallaşması iki ölkə arasında yük daşımaları və iqtisadi-ticarət əlaqələrinin inkişafını təmin edəcək.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek 2017-ci il aprelin 3-də imzalayıblar.

Son xəbərlər

Orphus sistemi