Yuxarı
    Bağlamaq

    Qazaxıstan beynəlxalq daşıyıcılara yüklərini Azərbaycandan daşımağı tövsiyə edir

    Bu tədbirlər Ukrayna və Rusiya arasında azad ticarət zonası haqqında müqavilənin qüvvədən düşməsiylə bağlıdır

    Bakı. 24 iyun. REPORT.AZ/ Qazaxıstan beynəlxalq daşıyıcılara yüklərini Ukraynadan Qazaxıstana daşıyarkən iyulun 1-dən etibarən alternativ marşrutdan yararlanmağı tövsiyə edib. 

    "Report" xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    Nazirlik yüklərin çatdırılmasını təşkil edərkən aşağıdakı marşrutları tövsiyə edib: Gürcüstan və Azərbaycandan keçməklə Xəzər dənizinə, oradan Aktau limanına, eləcə də Türkiyə, İran, Türkmənistan və Özbəkistan vasitəsilə.

    Qeyd olunub ki, bu tədbirlər Ukrayna və Rusiya arasında azad ticarət zonası haqqında müqavilənin 1 yanvar 2016-cı il tarixdən qüvvədən düşməsiylə bağlıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi