Yuxarı
    Bağlamaq

    ​Qazax və Tovuzda “Kütləvi çıxarış” kampaniyası keçirilib

    Eyni gündə paralel olaraq iki rayonda keçirilən sosial kampaniyada 180-ə yaxın vətəndaş iştirak edib

    Bakı. 6 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin regionlarda və paytaxtda keçirdiyi “Kütləvi çıxarış” kampaniyasından Qazax və Tovuz sakinləri də faydalanıb. Eyni gündə paralel olaraq 2 rayonda keçirilən sosial kampaniyada 180-ə yaxın vətəndaş iştirak edib.

    "Report"un Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına istinadən verdiyi xəbərə görə, “bir pəncərə” prinsipi əsasında 110-a yaxın vətəndaşa dövlət reyestrindən çıxarışlar birbaşa onların ünvanlarında təqdim olunub, 70-dən çox rayon sakini isə ilkin mülkiyyət sənədlərini çıxarışla əvəz olunması üçün təhvil verib.

    Kampaniya çərçivəsində vətəndaşlara həyətyanı torpaq sahələri, mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.

    Kampaniya çərçivəsində bir neçə ahıl və fiziki məhdudiyyətli sakinə birbaşa öz evlərindəcə xidmət göstərilib.

    Qeyd edək ki, ötən ayın sonundan etibarən “Kütləvi çıxarış” kampaniyası artıq Bakı şəhərində də keçirilməyə başlayıb. Artıq Səbail və Sabunçu rayonlarında yerləşən bir neçə çoxmərtəbəli binadakı mənzil sahibləri kampaniyadan faydalana bilib. Kampaniya regionlarla yanaşı, Bakı şəhərinin bütün rayonları üzrə hazırda da davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi