Qazax rayonunda avtomobil yolu yenidən qurulur - VİDEO

Qazax rayonunda avtomobil yolu yenidən qurulur - VİDEO Yeni yol yatağı inşa edilib və birqat olmaqla asfaltlanma işləri aparılıb
İnfrastruktur
15 May , 2017 16:20
Qazax rayonunda avtomobil yolu yenidən qurulur - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 15 may. REPORT.AZ/ Qazax rayonunun Çaylı-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 6 km olan yolun torpaq yatağının eni 10 m, hərəkət hisəsinin eni isə 6 m təşkil edir. Çiyinlərin eni müvafiq olaraq 2 metrdir. 

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda qeyd edilib. 

Məlumata görə, təmir-tikinti işləri çərçivəsində yolboyu torpaq işləri görülüb, yeni yol yatağı inşa edilib və birqat olmaqla asfaltlanma işləri aparılıb. Ümumilikdə isə yolun 36 min kv.m sahəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Yenidənqurma işləri tam yekunlaşdıqdan sonra zəruri olan yerlərə 50 ədəd yol nişanı və 17 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 18 min metr xətlənmə işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi