Yuxarı
    Bağlamaq

    “Qatar Airways” Bakıdan olan reyslərdə növbəti endirim kampaniyasına başlayıb

    Biletlərin satış müddəti sentyabrın 21-dən 27-nə qədərdir

    Bakı. 22 sentyabr. REPORT.AZ/ “Qatar Airways” növbəti endirim kampaniyasına start verib. Aviaşirkətdən “Report”a verilən məlumata görə, sentyabrın 21-dən 27-nə qədər Bakıdan gerçəkləşəcək reyslərə alınan biletlərlə ekonom və biznes siniflərində endirimli səyahət əldə etmək mümkündür.

    Reyslərin müddəti isə sentyabrın 21-dən dekabrın 7-nə qədərdir. Güzəştlər rezervasiya zamanı ödənilən biletlərə və yalnız ekonom və biznes sinif gediş-dönuşlü biletlərə şamil olunur (Biznes klassın mövcud olmadığı uçuşlarda güzəşt birinci sinif biletlərə şamil olunur).

    Qiymətlərə bütün vergilər, güzəştlər və bütün xərclər daxildir. Xidmət haqqları “Qatar Airways” satiş ofisləri və səyahət agentliyi vasitəsi ilə alınmış biletlər üçün şamil oluna bilər. Məntəqədə qalma müddəti ən azı 3 gün, axır istiqamət Doha olduğu halda məntəqədə qalma müddəti ən azı 5 gündür, ən çox qalma müddəti isə 1 aydır. Tranzit məntəqəsində vaxtından artıq qalmaq olmaz.

    Qeyd edək ki, bütün istiqamətlərdə həftə sonu və həftə içi uçuşlar üçün tətbiq edilən qiymətlər fərqlidir, digər bir xidmət ilə əvəz edilə və başqa adama həvalə edilə bilməz. Həmçinin uçuşdan əvvəl və uçuşdan sonra biletlər ləğv oluna bilməz. Biletin tarixini müəyyən cərimə ödəməklə dəyişmək mümkündür, amma daha yüksək sinifə dəyişdirilə bilər. Uşaq və körpələr üçün standart güzəştlər tətbiq olunur.

    Həftə içinə olan uçuşlar üçün endirimli qiymətlər
    Çıxış məntəqəsi İstiqamət Ekonom sinif (bütün vergilər daxil olmaqla) Biznes sinif (bütün vergilər daxil olmaqla)
    Bakı Bankok 658 manat 2 094 manat
    Bakı Kasablanka 561 manat 1 820 manat
    Bakı İslamabad 787 manat 2 573 manat
    Bakı Denpasar 1 151 manat 3 311 manat
    Bakı Kuala Lumpur 755 manat 1 955 manat
    Bakı Ho Chi Minh 709 manat 2 562 manat
    Bakı Sinqapur 744 manat 3 072 manat
    Bakı Narita 987 manat 2 313 manat
    Bakı Seul 856 manat 2 557 manat
    Bakı Manila 842 manat 2 362 manat
    Həftə sonu olan uçuşlar üçün endirimli qiymətlər
    Çıxış məntəqəsi İstiqamət Ekonom sinif (bütün vergilər daxil olmaqla) Biznes sinif (bütün vergilər daxil olmaqla)
    Bakı Bankok 693manat 2 153 manat
    Bakı Kasablanka 597 manat 1 879 manat
    Bakı İslamabad 822 manat 2 632 manat
    Bakı Denpasar 1 187 manat 3 370 manat
    Bakı Kuala Lumpur 790 manat 1 014 manat
    Bakı Ho Chi Minh 745 manat 2 621 manat
    Bakı Sinqapur 779 manat 3 131 manat
    Bakı Narita 1 022 manat 2 372 manat
    Bakı Seul 891 manat 2 616 manat
    Bakı Manila 878 manat 2 421 manat
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi