Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yolu rəhbərlərinin görüşü keçiriləcək

Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yolu rəhbərlərinin görüşü keçiriləcək "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu il istismara verilməsi nəzərdə tutulub"
İnfrastruktur
19 İyun , 2017 13:17
Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yolu rəhbərlərinin görüşü keçiriləcək
Report.az

Bakı. 19 iyun. REPORT.AZ/ İyulun 5-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yolu idarələri rəhbərlərinin görüşü keçiriləcək. 

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

Onun sözlərinə görə, gələn ay keçiriləcək üçtərəfli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası məsələləri müzakirə ediləcək. 

C.Qurbanov əlavə edib ki, dəmir yolu xəttinin bu il istismara verilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi