Qarlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Qarlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib Hava Limanı: Təyyarələrin yola salınması və qəbulu adi qaydada həyata keçirilir
İnfrastruktur
17 Fevral , 2017 09:47
Qarlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Bakı. 17 fevral. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Hava Limanından “Report”a bildirilib ki, təyyarələrin yola salınması və qəbulu adi qaydada həyata keçirilir: “Bu gün aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Dünən və bu gün, indiyə qədər nəzərdə tutulan heç bir reys təxirə salınmayıb. Hazırda uçuşların həyata keçirilməsində heç bir problem yoxdur”.

Qeyd edək ki, bu gün Bakıda havanın temperaturu gecə -2-0 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Son xəbərlər

Orphus sistemi