Qarlı hava şəraiti Bakı aeroportunun işinə maneçilik yaratmayıb

Qarlı hava şəraiti Bakı aeroportunun işinə maneçilik yaratmayıb Hava Limanı: "Hazırda mövcud olan qarlı hava uçuşların həyata keçirilməsində problem yaratmayıb"
İnfrastruktur
1 Fevral , 2017 10:00
Qarlı hava şəraiti Bakı aeroportunun işinə maneçilik yaratmayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə hələ ki, mənfi təsir göstərməyib.

Hava Limanından “Report”a bildirilib ki, ötən gündən təyyarələrin yola salınması və qəbulu cədvələ uyğun olaraq həyata keçirilir: “Hava Limanında aviauçuşlar tərtib olunan qrafikə uyğun adi qaydada davam etdirilir. Nəzərdə tutulan reyslərdə təxirə salınma olmayıb. Hazırda mövcud olan qarlı hava uçuşların həyata keçirilməsində problem yaratmayıb”.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Son xəbərlər

Orphus sistemi