​Qaraməryəm-İsmayıllı avtomobil yolu yenidənqurmadan sonra istismara verilib

​Qaraməryəm-İsmayıllı avtomobil yolu yenidənqurmadan sonra istismara verilib Açılış mərasimində prezident İlham Əliyev iştirak edib
İnfrastruktur
10 Avqust , 2016 21:13
​Qaraməryəm-İsmayıllı avtomobil yolu yenidənqurmadan sonra istismara verilib

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısına üçüncü texniki dərəcəli avtomobil yolunun hərəkət hissəsinin eninin əvvəl 6 metr olduğu, yenidənqurmadan sonra 7 metrə qədər genişləndirildiyi, həmçinin dağılmış suötürücü boruların yeniləndiyi, köhnələrinin bərpa edildiyi barədə məlumat verilib.

Məlumata görə, yolun ikinci kilometrliyində Mehmanlı çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün də inşası aparılıb. Daha bir körpü Kürdmaşı çayı üzərində tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol nişanı və məlumatverici tablolar quraşdırılıb, 12 yeni avtobus dayanacağı inşa edilib.

Diqqətə çatdırılıb ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bundan başqa, Bakı-Şamaxı-Yevlax, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxışı təmin edəcək və regionun turizm sektoruna müsbət təsir göstərəcək.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Son xəbərlər

Orphus sistemi