Qarabucaq stansiyasının baş yolları əsaslı təmir olunur

Qarabucaq stansiyasının baş yolları əsaslı təmir olunur Təmir işləri 3 gün çəkəcək
İnfrastruktur
11 İyul , 2017 13:48
Qarabucaq stansiyasının baş yolları əsaslı təmir olunur

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km-lik dəmir yolu əsaslı təmiri çərçivəsində bu gün Qarabucaq stansiyasının 2 250 metr uzunluğunda tək və cüt yollarının əsaslı təmirinə start verilib.

Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, təmir işləri üç gün müddətinə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 300 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi