Yuxarı

Bu gün Bakıda daha iki yol bağlanacaq

Saat 22:00-dan Landau küçəsi və İnşaatçılar prospektində xətlərin rənglənməsi işləri aparılacaq

Bakı. 1 iyun. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

“Azəryolservis” ASC-nin “Report”a verdiyi məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Yasamal rayonunun İnşaatçılar prospekti və Landau küçəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi