Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb

Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb Bakı. 17 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Şəki rayonunun Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
17 Oktyabr , 2018 18:03
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Şəki rayonunun Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,08 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev həmçinin AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması və Azərbaycanın Avstraliyadakı fəxri konsulunun vəzifəsindən geri çağırılması haqqında sərəncamlar da imzalayıb. 

Son xəbərlər

Orphus sistemi