Yuxarı
    Bağlamaq

    AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb

    © Report

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

    Sərəncamla 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.

    Qeyd edək ki, Prezident İlham Əliyev həmçinin Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırılması və Azərbaycanın Avstraliyadakı fəxri konsulunun vəzifəsindən geri çağırılması haqqında sərəncamlar da imzalayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi