Prezident İlham Əliyev Cəlilabadda yol tikintisinə vəsait ayırıb

Prezident İlham Əliyev Cəlilabadda yol tikintisinə vəsait ayırıb Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunan qaydada təmin etmək tapşırılıb
İnfrastruktur
22 İyul , 2016 18:15
Prezident İlham Əliyev Cəlilabadda yol tikintisinə vəsait ayırıb

Bakı. 22 iyul. REPORT.AZ/ Prezident İlham ƏIiyev iyulun 22-də “Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunan qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi