​Polşa şirkəti "Bakı Metropoliteni"nin deposunun tikintisində iştirak edir

​Polşa şirkəti "Bakı Metropoliteni"nin deposunun tikintisində iştirak edir Əməkdaşlıq sınaq yollarının tikintisini nəzərdə tutur
İnfrastruktur
22 May , 2015 15:30
​Polşa şirkəti Bakı Metropoliteninin deposunun tikintisində iştirak edir

Bakı.22 may. REPORT.AZ/ Polşanın "Tines Capital Group S.A." şirkəti "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" deposunun tikintisində əməkdaşlıq edir. Əməkdaşlıq depoda layihə sənədləşməsinin hazırlığı və sınaq yollarının tikintisini nəzərdə tutur.

"Report" xəbər verir ki, bu barədə şirkətin şərq bazarları üzrə direktoru Vlodzimej Çerlyunkayeviç Bakıda keçirilən "Made in Poland-Azərbaycan şirkətləri üçün əməkdaşlıq imkanları" adlı seminarda bildirib.

Onun sözlərinə görə, bu yolların uzunluğu 1 250 metr təşkil edir. 

"Layihədə 3 yol ayrıcısı, kontakt relslər və siqnalizasiya, mərkəzləşdirmə və bloklama vasitələrinin şirkət tərəfindən təqdim olunması nəzərdə tutulub. Həmçinin üst yolların tikinti konstruksiyalarının elementlərinin də tədarükü nəzərdə tutulub",- V.Çerlyunkayeviç bildirib.

Son xəbərlər

Orphus sistemi