Piyada keçidinə aşan "Range Rover" yol təsərrüfatına 8 min manat ziyan vurub

Piyada keçidinə aşan "Range Rover" yol təsərrüfatına 8 min manat ziyan vurub Bu barədə "Azəravtoyol" ASC-nin məlumatında bildirilir
İnfrastruktur
9 Sentyabr , 2016 15:22
Piyada keçidinə aşan Range Rover yol təsərrüfatına 8 min manat ziyan vurub

Bakı. 9  sentyabr. REPORT.AZ/ Dünən gecə saatlarında Bakı şəhərinin Neftçilər prospektində, Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş avtomobil qəzası baş verib.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, “Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırıb, nəticədə, avtonəqliyyat vasitəsi piyada keçidinə düşüb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 8 min manat ziyan dəyib. 

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, sənədlər aidiyyəti üzrə göndərilib.

Son xəbərlər

Orphus sistemi